MSK seçki təlimçiləri üçün treninq keçirib

SİYASƏT
13:06 18.09.2013
1237

Mərkəzi Seçki Komissiyası (MSK) seçki təlimçiləri üçün treninq keçirib.

APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edənMSKsədrinin müavini Natiq Məmmədov seçkilərdə təlimçilərin üzərinə düşən məsuliyyət haqda danışıb. O, MSK-nın maarifləndirmə üçün ayrılan vəsaiti artdığını deyib: “Seçkinin təşkili ilə məşğul olan hər kəs necə diqqət mərkəzində olduğunu bilməlidir. Hər birinizin fəaliyyəti görünür”.

N. Məmmədov qeyd edib ki, Azərbaycanda seçkilərin keyfiyyəti ildən-ilə dəyişir və ən müasir standartlara uyğunlaşdırılır. Bunun da əsas səbəbiMSK-nın praktik seçki təcrübəsinin artırılmasıdır: “Bu gün hər birimizin qarşında duran əsas məsələ seçki subyektlərimizin maarifləndirilməsidir. Bu cür treninqlərin keçirilməsi seçki günü işin effektini artıracaq”.

SonraMSK-nın təlimçiləri üçün seçki günü məntəqə komissiyalarının rolu və vəzifələri, prosedur və müstəsna hallar, təcrübi tapşırıqlar, səslərin sayılmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin sayılması, yekun protokolun doldurulması və digər məsələlərlə bağlı treninq keçirilib.

İnteraktiv formatda keçən tədbirin sonunda mövzu ətrafında aparılan müzakirələr qiymətləndirilib.

Treninqin sonundaMSKkatibliyinin müdiri Rövzət Qasımov çıxış edib.

Qeyd edək ki, treninq sentyabrın 21-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR