MÜTDA: Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib

MÜTDA: Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib
SOSİAL
10:32 04.03.2025
172

Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat yayıb. 

Qeyd olunub ki, fevralın 25-dən başlanılan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. 

Bu günə qədər 9 mindən çox müraciət portala daxil edilib, 4 minə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

OXŞAR XƏBƏRLƏR