Azərbaycanda "Media Company"nin nəzdində "M.Teatr Production" adlıyeni müstəqil teatr yaradılıb."Report" xəbər verir ki, yeni yaradılan teatrın bədii rəhbəri, əməkdar artist Vidadi Həsənov, direktoru Amil Əyyubdur. Teatrda gənc və istedadlı sənətçilər toplanıb.Bu gün "M.Teatr Production" ilk tamaşası “Məsəl, ya...”nı Rəşid Behbudov adına Mahnı Teatrında nümayiş etdirib.
Təqdimat mərasimində şair Ramiz Rövşən, rejissor Ramiz Həsənoglu, xalq artisti Fuad Poladov, Bəxtiyar Xanızadə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət, kino və teatr xadimləri iştirak ediblər.
Tamaşadan əvvələməkdar artistVidadi Həsənov çıxış edərək, yeni yaratdığı teatr barədə danışıb: "Gələcəkdə nə olacağını bilmək istəyirsənsə, bu gün nə elədiyini öyrən".
Bundan sonra tamaşanın nümayişibaşlayıb.
Qeyd edək ki,“Məsəl, ya...” adlı bir hissəli mükamilədə Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Günay Əhməd çıxış edir.Üzeyir bəy Hacıbəylinin “Ordan-burdan” kitabı əsasında hazırlanmış bir bölümlü mükalimə - tamaşada iştirak edən beş sənətçi, sanki beş zaman səyyahı kimi bizi keçən əsrin əvvəllərinə, o illərin gizlinlərinə səyahətə aparırlar. Amma, bu səyahət “bu gündən” keçmişə deyil, əslində “ keçmişdən” bu günə səyahətdir. Bəs görəsən, ordan – keçmiş adlı uzaq bir “məmləkətdən” baxanda yaşadığımız bu gerçəklik necə görünür? Bəs qarasınca güdükçü düşdüyümüz o “gələcək” adlı xəyali “diyara” nə ilə və nə üzlə gedirik? Tamaşada bu suallara cavab axtarılır.