MTN adı ilə dələduzluq etdilər, 7 il iş aldılar

KRİMİNAL
17:08 14.12.2015
2607
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bulud Kərimovun və Urfan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə B. Kərimov 4 il, U. Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edərək, vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda dələduzluq ediblər. Cinayət işi üzrə 22 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. (lent.az)

OXŞAR XƏBƏRLƏR