MTN-dəki dəstə taksi sürücüsünü necə müflis etdi? - Film kimi hadisə

MTN-dəki dəstə taksi sürücüsünü necə müflis etdi? - Film kimi hadisə
SOSİAL
15:33 06.01.2017
1035

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə maraqlı detallar ortaya çıxmaqdadır. 

Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, Bakıda taksi fəaliyyəti ilə məğul olan Zeynal Şəfiyev mütəşəkkil cinayətkar dəstənin hədə-qorxusu ilə yeganə evini sataraq canını onlardan qurtara bilib. 

Zeynal Şəfiyev zərərçəkmiş şəxs qismində tanınıb. O, dindirilərkən ifadəsində göstərib ki, uzun müddət Bakı şəhərində taksi sürücüsü olub, 2011-ci ilin son aylarına kimi Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində özünə məxsus evdə yaşayıb: "Həyat yoldaşım Povorova Larisa Alekseyevna 2002-ci ildə vəfat etdi, ondan sonra tək yaşayıram. 2011-ci ilin sentyabr ayında «Dəri-zöhrəvi» dispanserinin yerləşdiyi küçədə zərgər Yaşar Məmmədova həyat yoldaşımdan, qayınanamdan və  atamdan yadigar qalmış  "Luç” qızıl saatını, 1 ədəd qadın saatını, iki ədəd kulonu, bir ədəd üzüyü, bir ədəd nazik boyunbağını və bir ədəd qolbağı 1,480 ABŞ dollarına satdım. Pula ehtiyacım var idi”.

Zərərçəkən şəxs qeyd edib ki, bir müddət keçəndən sonra kafedə oturan zaman ona MTN əməkdaşları yaxınlaşıb: "Evin yanındakı "Ciyərni” kafesində oturmuşdum. Birdən yanıma 3 nəfər yaxınlaşdı. Özlərini MTN əməkdaşı kimi təqdim elədilər. Həmin şəxslərin sonradan Füzuli Əliyev, Zaur Məmmədov və Natiq Alıyev olduğunu bildim. Məni MTN-ə aparmaq istədilər. Səbəbini bilmirdim. Tutulan zaman Natiq Alıyev mənə qarşı kobudluq elədi. Sinəmə yumruq zərbələri vurdu. Kafenin qarşısına sürüyərək çıxardılar.  Natiq Alıyev  məni bir aydan çox axtardığını dedi və cibindən çıxardığı qandalın bir qolunu  mənim, digər tərəfini isə öz əlinə bağladı. Maşına mindirdilər. Yolda dedilər ki, "saxta qızıl satırsan, sənin barəndə şikayət var”. Nazirliyə çatanda qeydiyyat kitabına adımı qeyd elədilər. Məni ikinci mərtəbəyə qaldırdılar. Orada Yaşar Məmmədov adlı MTN əməkdaşı məni sorğuya çəkdi. O, mənə saxta qızıl satdığımı dedi, heç vaxt görmədiyim 3 nəfər isə onlara qızıl verdiyimlə bağlı üzümə durdu. Təzyiqlə, hədə-qorxuyla izahat yazdırdılar. Daha sonra Natiq Alıyev yanıma gəldi, bu işi "həll etmək" üçün 15.000 ABŞ dolları pul tələb elədi. O boyda pulum olmadığından 12 min dollara razılaşdıq. Pulu tapmağım üçün sərbəst buraxıldım”.

Zeynal Şəfiyev istintaqa verdiyi ifadəsində deyir ki, pulu uzun müddət tapa bilməyib: "Natiq Alıyev  mənimlə görüşmək üçün dəfələrlə ev telefonuma zəng edərək, hər dəfə mənim olduğum yer barədə soruşurdu və 12 min dolları verməyimi tələb edirdi.  Bu qədər pulum olmadığı üçün  yaşadığım evi 55 min dollara satdım. Natiq Alıyevlə Müdafiə Nazirliyinin yaxınlığında görüşüb ona 12 min dollar verdim. Natiq dedi, sabah nazirliyə gəlim. Durub getdim, ikinci mərtəbəyə apardılar. Yaşar Məmmədov izahatımı gözümün qabağında cırdı, "get səninlə işimiz yoxdur” dedi”. 

Zərərçəkmiş şəxs başına gələn hadisələrlə bağlı dəfələrlə şikayət yazıb: "MTN-ə 2012-ci ilin sonlarında bir neçə dəfə ərizə yazsam da, ərizələrim araşdırılmadı. Yalnız bir dəfə MTN-nin Binəqədi rayon idarəsinin Elşən adlı əməkdaşı məni idarəyə çağırdı, izahatımı aldıqdan sonra ərizəmi Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə göndərdi. 2013-cü ilin yanvar ayında həmin bölmədə ərizəm araşdırılsa da, heç bir cavab gəlmədi. MTN-nin inzibati binasında olduğum zaman Fizuli Əliyev və Zaur Məmmədov özlərini sakit aparırdı, lakin Natiq Alıyev nazirliyin qabağında mənə dəfələrlə əl qaldırıb vurub, nalayiq sözlər demişdi. Hətta bu şəxslərin cinayətkar dəstə olması ilə bağlı bir neçə dəfə şikayət ərizəsi yazaraq MTN-nin binasına yaxınlaşıb orada müraciətlər üçün nəzərdə tutulmuş qutuya qoydum, lakin ona heç bir cavab gəlmədi”.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
14:25 21.08.2025
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA