MTN-dən Pərviz Həşimli ilə bağlı - MƏLUMAT

MTN-dən Pərviz Həşimli ilə bağlı - MƏLUMAT
SİYASƏT
16:55 20.09.2013
1807
Milli Təhlükəsizlik Nazirliyi (MTN) Pərviz Həşimli və Təvəkkül Qurbanovun həbsi ilə bağlı məlumat yayıb. MTN-in İctimai Əlaqələr Mərkəzindən daxil olan məlumatda bildirilir ki, MTN-ə daxil olan məlumatlar əsasında həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində xeyli sayda odlu silah və döyüş sursatının İran İslam Respublikasından Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb.2013-cü il sentyabrın 17-də bu qanunazidd əməlin törədilməsinə görə Azərbaycan vətəndaşları - Kəlbəcər rayonunun Zar kəndində anadan olmuş, hazırda Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Kəlbəcər qərargahında müvəqqəti qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Həşimov Pərviz Kamran oğlu və Gəncə şəhəri, Nizami rayonu, D. Bünyadzadə küçəsi, ev 120 ünvanında qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonunda yaşayan Qurbanov Təvəkkül Zəkəriyyə oğlu şübhəli şəxs qismində tutulublar.Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb. P. Həşimov və T. Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.Müəyyən edilib ki, Pərviz Həşimov və Təvəkkül Qurbanov hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının Rza və Hüseyn adlı vətəndaşları ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətirmiş, qanunsuz olaraq daşımış, gəzdirmiş və saxlamışlar. Məlum olub ki, Pərviz Həşimov və Təvəkkül Qurbanovla Rza adlı İran vətəndaşı arasında qabaqcadan əldə edilmiş razılığa əsasən, sonuncu həmin odlu silahları və döyüş sursatını satış məqsədilə İranda qanunsuz olaraq əldə edib.Rzanın tapşırığı ilə Hüseyn adlı digər İran vətəndaşı odlu silahları və döyüş sursatını 2013-cü il sentyabrın 17-də qaçaq yolla İrandan Azərbaycana keçirib və Biləsuvar şəhərindən 14 kilometr aralıda olan ərazidə Təvəkkül Qurbanova təhvil verib. Bunun müqabilində Təvəkkül Qurbanov Pərviz Həşimovun ona verdiyi 15 min ABŞ dollarının 12 minini Hüseyn adlı iranlıya çatdırıb, qalan 3 min ABŞ dollarını isə razılaşmaya əsasən göstərdiyi xidmətin əvəzində özünə götürüb.Təvəkkül Qurbanov həmin odlu silahları və döyüş sursatını idarə etdiyi «Volkswagen Caddy» markalı avtomobildə gizlədərək Bakı şəhərinə gətirib. 2013-cü il sentyabrın 17-də MTN-in əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində Təvəkkül Qurbanovun idarə etdiyi və Pərviz Həşimovun də içində olduğu «Volkswagen Caddy» markalı avtomobil saxlanılıb.Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, hal şahidlərinin, eləcə də Pərviz Həşimovun və Təvəkkül Qurbanovun iştirakları ilə keçirilmiş baxış zamanı avtomaşının salonunda 6 ədəd «Makarov» tipli tapança, «Makarov» tipli tapançaya aid 6 ədəd sandıqça və 40 ədəd 9 mm çaplı patron aşkar edilərək müsadirə olunub. Həmçinin, Pərviz Həşimovun Təvəkkül Qurbanova verdiyi 3 min ABŞ dollarından 2 min 800-ü də aşkar edilərək maddi sübut kimi götürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq