MTN generalı məhkəmədə: "Sən çox ləyaqətsiz işlər görmüşdün"

MTN generalı məhkəmədə: "Sən çox ləyaqətsiz işlər görmüşdün"
SOSİAL
13:51 08.09.2017
1070

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə  intihar etmiş MTN polkovniki Malik Mustafayevin epizodu üzrə qızı Aysel Mustafayeva ifadə verib. 

O bildirib ki, əmisi həbs ediləndən sonra atasına təzyiqlər olub: "Atam çox normal insan idi. İntihar edəcək bir adam deyildi. Əmim tutulan zaman ona təzyiqlər oldu. Evdə bizə heç nə demirdi. Məsələlərdən nə mənim nə də qardaşının xəbəri olmurdu. Onu bilirəm ki, çox gərgin idi ".

İntihar edən polkovnikin qızı atasının məhz niyə intihar etməsindən xəbərsiz olduğunu deyib: "Sadəcə o, bu vəziyyəti qəbul edə bilmirdi. İşdən də sərəncama götürmüşdülər". 

Daha sonra şahid qismində Elçin Quliyevin 8 il MTN-də köməkçisi olmuş Rüstəm Rüstəmov dindirilib. O bildirib ki, 8 il məzuniyyətsiz gecə gündüz Elçin Quliyevin yanında olub: "Rəisin həmin illər ərzində kiməsə hədə qorxu gəldiyini, qışqırdığını görməmişəm. Malik Mustafayevlə də münasibəti çox yaxşı idi. Malik Mustafayevin bir dəfə qəbulda olduğunu görmüşəm. Çox normal şəkildə ordan ayrılıb".

Elçin Quliyevin suallarına cavab verən Rüstəm Rüstəmov bildirib ki,  ATM-də İlqar Əliyevin özünün dəsti xətti vardı: "Bəzi məsələlır vardı ki, Elçin Quliyevin ondan xəbəri olmurdu. O söhbət onun otağına gedib çatmırdı".

Zərərçəkən Mətləb Mustafeyev də qeyd edib ki, İlqar Əliyev o idarədə Elçin Quliyevi saymırdı. 

Elçin Quliyevlə zərərçəkən arasında gərginlik yaşanıb.

Sabiq MTN generalı Mətləb Mustafayevin həbs olunmasından danışıb: "Sən çox ləyaqətsiz işlər görmüşdün. Özün yaxşı bilirsən. Səninlə bağlı MTN-ə ərizə yazmışdılar. Lazımdısa burda açıqlayım". 

Hakim tərəfləri sakitləşdirib. 

Daha sonra hal şahidi qismində Rahib Hümmətov dindirilib. 

O bildirib ki, həmin vaxt Nəsimi rayon "JEK"də çalışıb: "Ərazidə abadlıq işləri görürdük. Birdən qara rəngli avtomobil bizə yaxınlaşdı. Xidməti vəsiqəsini göstərdi. Baxdım MTN əməkdaşlarıdır. Bizə dedilər buraya yaxın bir evdə axtarış aparılacaq. Bizə hal şahidi olmağı təklif etdilər. Biz də razılaşdıq. Daha sonra avtomobilə minib həmin mənzilə getdik. Mənzildən tapança, daraq və iki güllə tapıldı".

Daha sonra şahid qismində ləğv edilən MTN- in Müvəqqəti Saxlama Təcridxanasının rəisi Zaur Bənnayev də dindirilib 

O bildirib ki, Mətləb Mustafayevi tək nəfərlik kameraya salıblar: "Bir dəfə səhhəti pisləşdi. Həkim dəvət etdik. Müayinə elədi. Sonra Poliklinikanın rəhbəri Məzahir Qurbanov gəldi, aparat gətirmişdi. Sabiq nazirin göstərişi olmuşdu. Mətləb olan vaxtı ora ATM rəis müavini İlqar Əliyev də gəlmişdi. Mənim otağımda görüşdülər" 

Məhkəmə davam edir.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

///lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu