Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ATV-də efir mədəniyyətinə və ədəbi dil normalarına zidd, bayağı və küçə danışıq tərzindən, təhqiramiz ifadələrdən istifadə olunması ilə bağlı APA-ya açıqlama verib.
AZXEBER.COM-un məlumatına görə, buna səbəb telekanalda yayımlanan ATV+ kabel televiziyasının reklamı olub. "Bozbaş Pictures" aktyorlarının çəkildiyi reklamda istifadə olunan "Ayə, ayə, ay tupoy, sən hara qaçırsan?” sözü MTRŞ-nın diqqətindən yayınmayıb.
Həmin videonu təqdim edirik: