Xəstəxanada müalicə alan xəstənin başına divardakı əşyanın düşməsi nəticəsində xəstə xəsarət alıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adıyaman bölgəsində baş verib.
Alınan məlumata görə, Adıyaman Doğum və Uşaq Xəstəxanasında xəstə çarpayısında yatan H.A. adlı qadının başına divara bərkidilmiş əşya düşüb. Başına cisim düşməsi nəticəsində xəsarət alan qadının yaxınları və xəstəxana işçiləri köməyə gəlib.
Başından travma aldığı bildirilən qadının yaralandığı və müalicə aldığı öyrənilib.
Oksana