Müalicəsi üçün pul yığılan Aytac dünyasını dəyişdi: "Həkimlər qızımı bu hala saldı"

Müalicəsi üçün pul yığılan Aytac dünyasını dəyişdi: "Həkimlər qızımı bu hala saldı"
SOSİAL
10:18 09.06.2018
25397
Dünən gecə Türkiyəyə çatdırılmadan atipik pnevmaniyadan həyatını itirən 7 yaşlı Aytacın anası Raya Cəfərszadə sosial şəbəkədə övladının xəstəliyi və ölüm səbəbi barədə açıqlama verərək, valideynlərə səslənib.

AZXEBER.COM Medicina.az-a istinadən həmin paylaşımı təqdim edir:

" Qızım fevralda yüngül  pnevmaniyadan müalicə aldı, sonra rentgen təmiz göstərdi. Biz də sakitləşib oturduq. Mart, aprel, may ayına kimi heç bir şikayət olmadı. Mayın 15-dən adi öskürək başladı. 1 həftə temperatur 37 oldu. Müalicə aldıq, xeyri olmadı. Qarayev adına uşaq xəstəxanası-xarabaya getməzdən 3 gün qabaq hərarət 40-a çatdı. İshal, qusma başladı, huşu bulanıq idi. 

Gece ilə qızımı Razində 5 saylı infeksion xəstəxanaya apardıq. Dedilər, meningitə oxşayır. Təcili yardımla göndərdilər Qarayev xarabasına. Uşaq bütün gecəni sistem aldı, səhərə özünə gəldi.  Bizi Akif həkimin mədə-bağırsaq şöbəsinə köçürdülər. 3 gün yatdı, ishal, qusma durdu. Temrepatur 37-ə endi. Dedilər ki, uşağın immuniteti çox zəiflədiyi üçün somatik şöbəyə keçirək. Bütün müayinələrdən keçdik, hər şey təmiz çıxdı, bircə ağciyərlər yox. Diaqnoz: ikitərəfli pnevmaniya.

Somatik şöbənin müdiri Gülnarə bir torba dərman yazdı, Akif həkim bir torba dərman tazdı. Antibiotiklər olundu. Uşağımın temperaturu düşmürdü. Apardılar aerozola. Balamın halı lap pisləşdi. Palatada qıcolmalar keçirməyə başladı. 8 yaşına kimi bir dəfə sudurqa keçirtməyən balam qucağımda kömək axtardım. Şöbənin işçiləri handan-hana gəlib maqnezium vurdular. Gördülər düzəlmir, qaçdım reanimasiyaya. Orda uşağa sistem, oksigen verdilər. Balamın beyni yatmışdı. 

Reanimasiyada qaldığımız gecə uşağın sidik kisəsi dolub, beyinə siqnal çatmadığından boşala bilmir. O boyda xarabada kateter qoyan yoxdur.
Gecə ilə semaşkoya gedib uroloq gətirmişəm, kateter alıb verdim, sidik kisəsi boşaldı. Amma nə fayda, balamın beyni söndü, komaya düşdü. Kənardan həkim gətirməyə icazə vermədilər.

Yanaşı palatada imkanlı adam üçün Gülhanədən həkim gəlmişdi, yalvardım ki, uşağa baxsın. Baxan kimi dedi ki, uşağı burdan çıxar, öləcək. 
Təcili özəl xəstəxana axtardım. MediClub-un reanimasiyasını güclə razı saldım. Onlar uşağı təcili MediClub-a apardılar. 4 gün sonra komadan çıxdı qızım.  Ancaq ağciyərlərin biri tamam sıradan çıxıb, digəri 30% işləyirdi. 

Xaraba Qarayev xəstəxanasında uşağa at dozasında antibiotiklər vurmuşdular: amikasin, seftriakson, gentamisin. 
Türkiyədən gələn həkimlər təcili EKMO aparatı məsləhət gördülər. O da Bakıda yox idi. " Uşaqların sağıam gələcəyi fondu” mənə dəstək oldu, balam üçün yardım kampaniyasında 30 min dollar yığıldı. 

Artıq axşama uçmağa hazırlaşırdıq ki, Aytacın halı qəfil pisləşdiyindən həkim uçuşa icazə vermədi. 
Məcbur olub Türkiyədən tibbi ekipaj və təyyarə ilə aparatı gətirməli olduq. Bunun üçün də 20.000 avro dedilər. Dünyam qaraldı. Amma bilirdim ki, yardımlar gəlir, düzələrdi. Amma Aytacımın təzyiqi 37, ürək ritmi 200 oldu, sepsis başladı. Nə etdilərsə, vəziyyətdən çıxara bilmədilər. 
Balamı ürək aparatına qoşulu evə gətirdilər Klinikada 4 dəfə özümdən getmişəm deyə bunlardan xəbərim olmadı. 
Evdə gözünü yumanda gözü açıq idi, məni gözləyirdi.

Sizlərə yalvarıram, Qarayev adına uşaq xəstəxanasına getməyin, ora moqrdur. Balamı orda başda Camal Azizov adlı biri olmaqla daha da pis edib verdilər mənə. Antibiotikdən qaçın. Adi öskürəyi də boş buraxmayın. Özü keçər deməyin. Mən balamı itirdim, siz itirməyin". 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
16:41 01.07.2026
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır