Bir il bundan əvvəl Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən biri - Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovanın qızı Ləman Qulamova hələ də sağlamlığına qovuşa bilmir. Əməkdaşlarımız 11 aydır müalicə olunan gənc qızın ailəsində olublar.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, ötən il noyabrın 22-dəYasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında Könül Hümbətova həyatını, bircə balası Ləman isə sağlamlığını itirdi.
İndi onun ailəsi 11 aydır övladlarının yadigarını yaşatmaq üçün mübarizə aparırlar.
Ən böyük arzusu insan kimi yaşayıb, doya-doya su içməkdi.
Ləman Qulamova paytaxtın Masazır qəsəbəsində, çətin şəraitdə yaşayır. Müalicəsi yarıda qalıb, maddi vəziyyət ailəni çətin vəziyyətdə qoyub.
Onun nənəsi Mayquba Hümbətova deyir ki, qızımı unudub, Ləmana görə nəfəs alır. Bu günə qədər onu yaşatmaq üçün bütün el-oba əlbir olub, səbəbkarlar isə onlara yaxın gəlməyib.
Bu müddətdə Ləmanın yanında olan xalasının sözlərinə görə, indiyə kimi 200 min manatdan çox pul xərclənib, amma nəticə yoxdur. Bundan sonrakı müalicəyə isə ailənin maddi gücü çatmır.
Qeyd edək ki, 3 nəfərin öldüyü yanğınla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs, "TAXES GROUP" MMC-in (Loft Klinika) direktoru Bəhruz Paşayev elə hadisədən bir gün sonra həbs olunub. Həbsdə olan sahibkarın qardaşı Üzeyir Paşayev deyir ki, Ləmanın vəziyyəti onları da narahat edir.
Yanğın nəticəsində 3 sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.











































