"Muğam müsabiqəsinin iştirakçılarının hər uğurunda bizim imzamız var" - Xalq artisti

"Muğam müsabiqəsinin iştirakçılarının hər uğurunda bizim imzamız var" - Xalq artisti
MAQAZİN
16:54 01.10.2025
222
"Biz muğam müsabiqəsini çox böyük uğurla həyata keşirtdik. Burada yer önəmli deyil. Əsas odur ki, bu ifaçıları xalq tanıdı".
 
AZXEBER.COM xəbər verirki, bu sözləri xalq artisti Mənsum İbrahimov deyib.
 
"Qonaqcanlı" verilişində qonaq olan sənətkar müsabiqə haqda gəzən söz-söhbətə son qoyub:

"Biz muğam müsabiqəsini çox böyük uğurla həyata keşirtdik. Söz-söhbətlərin yaranması çox normal şeydir. 7 finalçı, 3 yer var idi. Hər biri birinciliyə layiq idi amma 3 yer olduğu üçün biz də 3 nəfəri seçdik. Burada yer önəmli deyil. Əsas odur ki, bu ifaçıları xalq tanıdı. O 20 uşağın hər biri bizim üçün əzizdir. Çünki onların hər uğurunda bizim imzamız var. Xırda söhbətlər həmişə olur.
 
Elə insan var ki, onun işi ancaq dedi-qodu olur. Amma bizim belə şeylərə vaxtımız yoxdur. Arzu edirım ki, onların da başı sənətə qarışsın. Əməkdar artist, operamızın solisti, prezident mükafatçısı "Leyli"si Arzu əliyeva ilk həftədən yarışmadan uzaqlaşmışdı. Heş kimi9n də yadında qalmamışdı. Amma o bu gün görün haradadır? Biz onları seçib xalqa tanıdırıq. Onların yaradıcılığı isə bundan sonra başlayır".
 
Aysel
OXŞAR XƏBƏRLƏR