"Muğam müsabiqəsi"nin qalmaqallı iştirakçısına ağır itki

"Muğam müsabiqəsi"nin qalmaqallı iştirakçısına ağır itki
MAQAZİN
08:22 27.08.2025
338
IX "Müğam müsabiqəsi"ndən qalmaqallı şəkildə ayrılan iştirakçı Kənan Novruzova ağır itki üz verib.

Onun nənəsi dünyasını dəyişib.

Bu haqda AZXEBER.COM -a  açıqlamasında xanəndə özü məlumat verib:

"Mən danışacaq halda deyiləm. Məlum məsələlərdən  sonra nənəmi itirdim. Başım qarışıqdır".

Xatırladaq ki, Laçından canlı  olaraq yayımlanan IX "Müğam müsabiqəsi"ndə qalmaqal yaşanmışdı.

Qalib olacağı deyilən xanəndə Kənan Novruzov müsabiqədə ona təqdim olunan mükafatdan imtina edərək səhnəni tərk etmişdi.

Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR