"MuğanBank" ASC-nin baş ofisində insident baş verib.
AZXEBER.COM-un baku.ws-ə istinadən verdiyi məlumata görə, müştəri ilə bankın mühafizəçisi arasında mübahisə yaranıb.
Daha sonra müştəri bıçaq çəkərək mühafizəçinin ağzını kəsib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.