Mübariz Mənsimov: ‘Beşiktaşa maddi yardım etmişəm, lazım olsa yenə edərəm’

İDMAN
14:39 24.12.2012
1957

“Forbes”un “dünyanın ən varlı insanları” sıyahısında Türkiyədə 26-cı, dünyada 153cü olan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Beşiktaş”ı satın alıb-almayacağı ilə bağlı sual hər zaman medianı maraqlandıran suallardan biri olub.

AZXEBER.COM-un “Fanat.az”a istinadən verdiyi xəbərə görə, “Beşiktaş” azarkeşi olan “Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər Lənkəran”ın fəxri prezidenti bu suala cavab verib.

“Məndən “Satlıq olsa alarsınız” deyə soruşdular. Mən də “Satılıq olsa ala bilərəm” demişdim. Amma “Beşiktaş” satılıq deyil ki. “Beşiktaş” ürəyimdəki komandadı”, deyə Mənsimov bildirib.

“Xəzər Lənkəran”ın fəxri prezidenti “Beşiktaş”ın hazırkı durumu barədə də danışıb: “Beşiktaş” böyük klubdu, hər şeyin altından qalxar. Bundan əvvəl maddi yardım etmişik, bundan sonra da lazım olsa, edərik. Bu klubda idarəçi olmaq barədə heç vaxt düşünmədim, indi də düşünmürəm. Amma futbolun bir sənaye işi olduğunu artıq hər kəs qəbul edir. Dünyada da klub idarəçiliyi yeni bir anlayışa doğru gedir. Bu müddət Türkiyə idmanını da zamanla çox yaxşı yerə gətirəcək. Amma nəticədə klubun əsas sahibi azarkeşdi”.

OXŞAR XƏBƏRLƏR