“Mübariz Mənsimov həyatımı yenidən satın aldı” - VİDEO

MAQAZİN
14:26 07.01.2015
1359

Əməkdar artist Baloğlan Əşrəfov qaraciyər əməliyyatından danışıb.“5/5” verilişinin qonağı olan müğənni onun müalicəsinin xərcini çəkən Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova təşəkkür edib.

“7-8 il bundan əvvəl dünyamı dəyişə bilərdim. Mənim üçün fərqi yox idi, yaxşı yaşamışdım, Allah çörəyimi verib, bundan sonra da verəcək. Ola bilsin ki, mən elə səhnədə - mikrofon arxasında həyatla vidalaşacam. İndi oğlanlarım da yaxşı yaşayır. Əgər xəstə vaxtımda 1 milyonum olsaydı, hamısını əməliyyata xərcləyəcəkdim. Allah Mübarizin canını sağ eləsin, mənim həyatımı yenidən satın aldı. Mənim vermədiyim pulu o xərclədi”.

Aparıcının “Xəstə olanda evinizdə nə qədər pul var idi” sualına ifaçının oğlanları “30 min”, - deyə cavab veriblər.

B.Əşrəfov daha sonra bunları əlavə edib:

“Qayıdandan sonra kəndimdə gözəl ev yaratdım, şəhərdə mənzil aldım. Balalarımı evləndirdim. Pullarım elə bunlara xərcləndi”.Qeyd edək ki, Baloğlan Əşrəfov 2007-ci ildə qaraciyər serrozu diaqnozu ilə Türkiyədə “İstanbul Memorial Xəstəxanası”nda əməliyyat olunub.//axsam.az

OXŞAR XƏBƏRLƏR