Türkiyənin sevilən müğənnilərindən olan Sibel Can dünən “Pal FM” radiostansiyasının “Ən yaxşılar” mükafatlarının təqdimat mərasiminə qatılıb. AZXEBER.COM Türkiyə mətbuatına istinadən bildirir ki, azərbaycanlı milyarder Mübariz Mənsimova məxsus radiostansiyanın mərasimi "İstanbul Edution" oteli “Billionaire Club”da olub. Mərasimə çoxsaylı ulduzlar, aktyorlar qatılıb. Soner Sarıkabadayı ilə birlikdə ifa etdiyi “Son vapur” mahnısına görə Sibel Can “Ən yaxşı duet” mükafatına layiq görülüb. Sibel Canın gözəlliyi isə fotoqrafların diqqətindən yayınmayıb.