‘Mübariz Mənsimovla dostluq, Rövnəq Abdullayevlə yaxşı münasibətlərimiz var’

DÜNYA
12:38 22.07.2013
1694

“Fənərbaxça” prezidenti Lənkəran səfərindən danışdı.

“Mübariz Mənsimovla dostluq, AFFA prezidenti Rövnəq Abdullayevlə də yaxşı münasibətlərimiz var”. Bu fikirləri “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım deyib. “Xəzər Lənkəran”a qalib gəldikləri (4:0) yoldaşlıq görüşündən sonra fikirlərini açıqlayan Yıldırım ölkəmizə səfərdən razı qaldığını bildirib: “Xəzər Lənkəran” klubunun 10 illiyidir. Bu komandaya uğurlar arzulayıram. Azərbaycanda futbola sərmayələr qoyulur və Türkiyədəki stadionlardan fərqi yoxdur”. AFFA prezidenti Rövnəq Abdullayev isə dəvəti qəbul etdikləri üçün Yıldırıma təşəkkürünü çatdırıb: “Bu, Azərbaycan futbolu üçün yeni imkanlar açır. Ölkə futbolunun inkişafı üçün gözəl addım oldu”.

OXŞAR XƏBƏRLƏR