Mübariz Mənsimovun kompromatlarla hədələdiyi məmurlar kimlərdir? - OLİQARXIN HƏDƏFİNDƏKİLƏR

SOSİAL
13:50 09.07.2016
6034

“Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun biznesi müflisləşmə həddinə çatması xəbərindən sonra oliqarx açıqlama verərək ona qarşı kompaniya aparan məmurlar haqqında əlində olan kompramatları yayacağını açıqlayıb.

Mənsimovun “Bəli, mən Türkiyədə yaşayıb işləyirəm. Azərbaycanda qalsam, neyləyəcəkdim? Orada hərə özünə bir inhisar qurub və oturub üstündə. Qoy onlar orada yaşayıb işləsinlər, biz də burada. Azərbaycanda yeni, gənc, qabiliyyətli biznes adamları yetişəcək və onlar buna mane ola bilməyəcəklər” ifadəsi ilə o, özünə və şirkətinə qarşı qara piara başlayan məmurları, barələrində kompromat yayacağı ilə hədələyib.

AZXEBER.COM-un məlumatına görə, əslində mətbuatda yazılıdğı kimi “Palmali” şirkətlər qrupunun sahibi, azərbaycanlı oliqarx Mübariz Mənsimovun biznesində ciddi çöküş müşahidə olunur.Buna səbəb oliqarxın öncəki kimi sifarişlər əldə edə bilməməsi və banklara olan kredit borcladır.

Türkiyədə, oliqarxa yaxın mənbələrin sözlərinə görə Mənsimov borc bataqlığından qurtulmaq üçün özünün gəliri az olan və ona indiki halda “yük” sayıla biləcək mülklərini satışa çıxardıb.

Oliqarx  “Pal FM” ve “Pal Station” radiolarının da yerləşdiyi «Pal Medya» şirkətini satışa çıxardıb. Türkiyə mətbuatında dərc olunan xəbərlərə görə Mənsimov “Pal Medya”nı 6,5 milyon TLY-ə Haliç Universitetinin sahibi Mansur Topçuoğluna satıb.

Mansur Topçuoğlu isə yayılan bu xəbərəöz ‘Twitterhesabında cavab verərək, sözügedən raidolarla heç bir əlaqəsi olmadığını yazıb.

Yayılan bir digər məlumata görə isə, Mənsimov dünyaca məşhur restoran şəbəkəsinin Türkiyədəki rəsmi nümayəndəliyini aldığı “Rose Bar”ı da satdığı iddia olunur. 2013-cü ildə milyonla xərcləyərək Cipriani ailəsinə məxsus, alınması çox çətin olan “Rose Bar” adlı gecə klubunun bir bölməsini İstanbulda açan oliqarxın barı bir başqa biznesmenə satdığı deyilir.

Mənsimova rəqib olan məmur-oliqarxlar kimlərdir?

Verdiyi müsahibələrin bir çoxunda Azərbaycanda bir qrup məmur tərəfindən sıxışdırıldığını dilə gətirən biznesmen onun haqqında sifarişli qara piar aparanların olduğunu deyir. Bəs bu məmurlar kimlərdir və onların Mənsimovla problemləri konkret olaraq nəyə dayanır?

Azərbaycanda 2005-ci ildən sonra çox qısa zamanda adını hər kəsə eşitdirən Mənsimov xüsusən də cənub bölgəsinə bir çox yatırımalar qoymağa başladı.

Bu yatırımlarla yanaşı biznesmen Mübariz İbrahimovun nəşinin Azərbaycana qaytarılması məsələsində də aktiv rol oynaya bildi. O, məhz “Ermənilərə Mübarizin nəşi qarşılığında pul verə bilərəm” açıqlamasından sonra əhali arasında da böyük rəğbət qazandı. Mənsimovun əsas yatırımları arasında “Xəzər-Lənkəran” klubu da dayanır. Düzdür, bu yatırımdan oliqarx demək olar ki, qazanc əldə etməsə də bu klubun fəaliyyəti çox qısa zaman ərzində cənub bölgəsində futbolsevərləri bir araya toplaya bildi. Hətda klub qısa zamanda ölkənin ən böyük 3 klubu arasına girərək çempionatın əsas favoritinə çevrildi.

Ancaq biznesində çöküş yaşayan oliqarxın sahibi olduğu “Xəzər-Lənkəran”a qarşı da müəyyən sıxışdırmalar başladıldı. Ölkə çempionatında çıxış edən klub AFFA tərəfindən tez-tez heç bir əsası olmadan cərimələnir və oyunlar zamanı hakimlərin ədalətsiz qərarları bilərəkdən məğlub edilirdi.

Bir neçə ay bundan öncə Premyer Liqanın son turunda "Rəvan"a qonaq olan "Xəzər Lənkəran" Ramil Diniyevin şübhəli penalti qərarı ilə məğlub olmasından sonra Mənsimov şok qərar verərək klubun fəaliyyətini dayandırdığını açıqladı. Hətta Rusiya və Avropa idman saytları bu epizoda geniş yer ayıraraq burada penalti olmadığını və açıq-aşkar kluba qarşı hakimin ədalətsiz mövqe nümayiş etdirdiyini yazdılar.

Bütün bu olaylar Mənsimovun haqqında bəhs etdiyi məmurlar arasında AFFA rəhbərliyindəki şəxslərin dayandığını deməyə əsas verir.

Oliqarxın “əlimdəki kompramatları yayacam” hədəsinin növbəti hədəfi isə heç şüphəsiz 6 milyon avro dəyəri olan Lənkəran süd zavodunun bağlanmasına çalışan oliqarx-məmurlardır. Məlum olduğu kimi, milyarderin varidatını ölkədən kənarda qazanması, rəqabətə davamlı biznesi təmsil etməsi və başqa amillər onun “sevilməyən oliqarxlar” siyahısında yer almasına səbəb olub. Azərbaycanda “heç kimdən asılı olmayan oliqarx” kimi özünü tanıdan Mənsimovun “Pal Süd” şirkəti məhz bu səbəbdən hədəfə çevrilib.

OXŞAR XƏBƏRLƏR