Mübariz Qurbanlı Putindən danışdı

Mübariz Qurbanlı Putindən danışdı
Bütün Xəbərlər
12:03 27.09.2011
1742

Vladimir Putin 2012-ci ildə keçiriləcək seçkidə Rusiya dövlətinin başçısı vəzifəsinə seçilsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə müsbət təsir edəcək. Hakim Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı belə hesab edir. “Vladimir Putinin siyasi hakimiyyətə qayıdışı, əlbəttə, Azərbaycan və Rusiya arasında münasibətlərə təsir edən müsbət amil olacaq”, - deyə M.Qurbanlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. Hakim partiyanın nümayəndəsi xatırladıb ki, Kreml 2000-ci ildə məhz V.Putinin Rusiya Federasiyasının prezidenti seçilməsi ilə Azərbaycanla yaxınlaşma və mehriban qonşuluq əlaqələrinin inkişaf etdirilməsi siyasətini həyata keçirməyə başlayıb. “Hesab edirəm ki, əgər Rusiya xalqı qarşıdakı seçkilərdə yenidən V.Putini dəstəkləsə, o, Azərbaycanın Rusiya siyasətində rolu, yeri və əhəmiyyətini bilərək, gələcəkdə də ikitərəfli münasibətləri müsbət məcrada inkişaf etdirəcək”, - deyə M.Qurbanlı qeyd edib.

OXŞAR XƏBƏRLƏR