Mübariz Qurbanlıdan səfirə cavab: ‘Başlarından böyük danışırlar...’

Mübariz Qurbanlıdan səfirə cavab: ‘Başlarından böyük danışırlar...’
SİYASƏT
14:46 03.07.2015
1524

“İŞİD nümayəndələri yalnız Azərbaycanla deyil, başqa ölkələrlə də bağlı bəyanatlar verirlər. Həmin bəyanatlara heç kim ciddi yanaşmır”.

Bunu azvision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

İranın Bakıdakı səfiri Möhsün Pak Ayinin “İŞİD-in Qafqazda əsas hədəfi Azərbaycandır” deyə səsləndirdiyi fikirlərə münasibət bildirən komitə sədri bu iddianı ciddi qəbul etmədiyini bildirib.

M.Qurbanlı hesab edir ki, İŞİD üzvləri vaxtaşırı başlarından böyük bəyanatlar verirlər.

“İŞİD-in imkanları iddialarından aşağı səviyyədədir. Ona görə də İŞİD deyilən qruplaşmanın nümayəndələrinin bəyanatlarına ciddi yanaşmaq lazım deyil. Bunu da hanısa formada tirajlamağa ehtiyac yoxdur. Azərbaycan kifayət qədər güclü ölkədir. Ölkədə ictimai-siyasi, maliyyə, mənəvi sabitlik mövcuddur. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində beynəlxalq aləmdə gücümüz artıb. Cənubi Qafqazda Azərbaycan aparıcı dövlətdir. Odur ki, Azərbaycanın belə bəyanatlara fikir verməsinə ehtiyacı qalmayıb. Ölkə daxilində dini baxımdan sabitlik var”,-deyə komitə sədri vurğulayıb.

M.Qurbanlının sözlərinə görə, müsəlman ölkəsi olaraq Azərbaycan xalqının böyük əksəriyyəti ənənəvi islami dəyərlərimizə sadiqdir: “Ölkəmizdə hansısa formada - nə dini, nə etnik, nə də siyasi baxımdan qarşıdurma yaratmaq istəyi baş tutan məsələ deyil. Bu cür iddiaları ortaya atanlar sadəcə bəyanatlar verməklə gündəmdə qalmaq istəyirlər. Həmin bəyanatlara heç kim ciddi yanaşmır və buni ciddiyə almaq lazım deyil”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
12:43 24.05.2025
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı