"Son hücum zamanı bəzi hərbi bazalardan istifadə edildi. Təbii ki, biz də əvvəlcədən açıq xəbərdarlıq etdiyimiz kimi, həmin ölkələrə qarşı birbaşa təcavüz etmədən, yalnız həmin bazaları hədəf aldıq”.
Bu barədə İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.
O, bundan sonra məcburi şəkildə qonşu ölkələrdəki hərbi bazaları vuracaqlarını qeyd edib: "Biz yenə də qonşularımızla dostluğun zəruri olduğuna inanırıq”.
Müctəba Xameneni həmin ölkələri "İrana hücum edənlərlə bağlı” mövqelərini aydınlaşdırmağa çağırıb və tövsiyə edib ki, həmin hərbi bazaları mümkün qədər tez bağlasınlar.
***
17:28
Biz qonşularla dostluğa inanırıq.
Bu barədə İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.
"Biz qonşularla dostluğa inanırıq, yalnız hərbi bazaları hədəf alırıq və zərurət olduğunu üçün bunu davam etdirəcəyik”, - o qeyd edib.
İran hərbçilərinə təşəkkür edən Müctəba Xamenei xalqa birlik çağırışı edib, onları Qüds Günü yürüşündə iştiraka dəvət edib.
Eyni zamanda, o, Ali Rəhbər seçilməsi ilə bağlı Ekspertlər Məclisinin qərarından İranın televiziya kanalı vasitəsilə xəbərdar olduğunu diqqətə çatdırıb.










































