Müdafiə naziri istefa verdi

DÜNYA
13:36 13.10.2014
1327

“Hərbi idarənin rəhbərini dəyişməyin zamanı yetişib”

Ukrayna prezidenti Petr Poroşenko ölkənin müdafiə naziri Valeriy Qeleteyi tutduğu vəzifədən azad edib.AZXEBER.COM Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroşenkonun mətbuat xidməti bildirib ki, Qeletey dövlət başçısına müvafiq raportu təqdim edib.

Mətbuat xidmətinin sözlərinə görə, “prezident, hərbi idarənin rəhbərini dəyişməyin zamanı yetişdiyini qeyd edib”.

Oktyabrın 13-də Petr Poroşenko Ali Radaya yeni müdafiə nazirinin təyin edilməsi barədə təqdimat etməyə hazırlaşır.

“Əminəm ki, yeni müdafiə nazirini təyin edilməsi məsələsinmi uzatmayacayıq. Düşünürəm ki, bu ikinci gün baş tutacaq”, - Ukrayna prezidentinin rəsmi saytında bildirilib.

OXŞAR XƏBƏRLƏR