"Putinin məqsədi təkcə Donetsk vilayətini ələ keçirmək deyil, bütün Ukraynanı tutmaq və Ukrayna dövlətçiliyini məhv etməkdir".
Bu barədə Ukraynanın müdafiə naziri Yevgeni Xmara bildirib.
Onun sözlərinə görə, Kreml müharibəni öz imperiyasını qurmaq layihəsinin bir hissəsi kimi görür və son məqsəd Ukraynanın bütün ərazisinə nəzarəti ələ keçirməkdir.
Xmara hesab edir ki, buna görə də ərazi güzəştləri Rusiyanın təcavüzünü dayandırmayacaq. Onun fikrincə, Putin bu güzəştləri təzyiqin nəticə verdiyinin sübutu kimi qəbul edəcək və təzyiqi davam etdirəcək:
"Putini yalnız müharibəni uduzmağa başladığı hissi dayandıra bilər. Buna yalnız güc yolu ilə və effektiv şəkildə nail olmaq mümkündür”.
///modern.az///










































