Müdafiə Nazirliyi atəşkəsin pozulmasını necə hesablayır? - RƏSMİ CAVAB

Müdafiə Nazirliyi atəşkəsin pozulmasını necə hesablayır? -  RƏSMİ CAVAB
SİYASƏT
00:01 27.01.2014
1863

Müdafiə Nazirliyi Mətbuat Xidməti “Doktrina” JHAM direktorunun suallarına cavab göndərib, Cəsur Sümərinli bu cavabları qənaətbəxş hesab etmir

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli yanvar ayının 21-də Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə sorğu göndərib. Qurumun rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlıya ünvanlanan sorğuda Müdafiə Nazirliyinin son günlər cəbhə xəttində ermənilərin atəşkəs rejimini pozması ilə bağlı yaydığı məlumatlarla bağlı aşağıdakı suallara cavab istənilib. Qeyd edək ki, son bir neçə gün ərzində həmin məlumatlarda erməni tərəfinin atəşkəs rejimini pozmasının sayı göstərilib. Cəsur Sümərinlinin sualları belə idi:

1) Atəşkəsi rejiminin pozulması metodologiyası necədir? Yəni hər güllənin atılması atəşkəsin bir dəfə pozulması hesab olunur? Yoxsa bir avtomat darağının boşaldılması? Və yaxud necə?

2) Münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda atəşkəsin pozulması qaydaları müəyyən olunubmu?

Yanvarın 26-da Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Cəsur Sümərinliyə cavab göndərilib. Cavabda deyilir:

“Qoşunların təmas xətti boyu, ön səngərdə yerləşən bölmələrimiz tərəfindən düşmənin bütün hərəkətləri daim müşahidə edilir və nəzarətdə saxlanılır. Sutka ərzində cəbhə boyu düşmənin açdığı atəşin silah növü, atəşin sayı, zamanı, müddəti və istiqaməti nəzərə alınmaqla məlumatlar qeyd edilir. Bu və digər məlumatlar əmrə və müvafiq qaydalara riayət olunmaqla yuxarı komandanlığa çatdırılır. Toplanan əməliyyat məlumatlarının Müdafiə Nazirliyində hesabatı və statistikası aparılır. Bu barədə məlumatlar hər ayın sonunda Xarici İşlər Nazirliyinə təqdim edilir”.

“Doktrina” JHAM sədri Cəsur Sümərinli öz növbəsində bildirdi ki, bu cavablar göndərilən sorğuya aydınlıq gətirmir. “Birincisi, cəbhə xəttində atəşin sayının dəqiq hesablanması o qədər də asan məsələ deyil və bununla bağlı ciddi suallar qalmaqda davam edəcək. Digər məsələ, sualın ikinci hissəsinə cavab verilməyib, bəlli deyil ki, MN bu istiqamətdə məlumatlarda münaqişənin nizamlanması çərçivəsində aparılan danışıqlara nə dərəcədə uyğun informasiyalar yayır. Münaqişənin nizamlanması ilə bağlı danışıqlarda atəşkəsin pozulmasının hesablanması qaydaları əksini tapırmı? Yəni hansı hal atəşkəsin pozulması vahidi hesab olunur? Əgər danışıqlarda atəşkəsin pozulmasının metodologiyasına dair hər hansı müddəa əksini tapmırsa, bu o deməkdir ki, MN-in bu məlumatları, xüsusilə də atəşkəsin pozulmasına dair konkret rəqəmlər əslində daxili auditoriya üçündür və bunun münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlarda Azərbaycan tərəfinə hər hansı faydası yoxdur”, - deyə C.Sümərinli bildirir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi