Müdafiə Nazirliyi cəbhədəki hadisəylə bağlı açıqlama yaydı
10:40 08.06.2012
1842
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri iyunun 7-də saat 18.00-dan iyunun 8-i səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozub. Atışmalar intensiv xarakter daşımasına baxmayaraq, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.