Müdafiə Nazirliyi: Ermənistanın yaydığı məlumat tamamilə yalandır

Müdafiə Nazirliyi: Ermənistanın yaydığı məlumat tamamilə yalandır
Siyasət
22:28 17.08.2023
351
Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.
OXŞAR XƏBƏRLƏR