Müdafiə Nazirliyi: "Qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşəcək"

Müdafiə Nazirliyi: "Qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşəcək"
SİYASƏT
21:10 14.11.2021
368
"Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınacaq”.

AZXEBER.COM xəbər verir ki, bu, Müdafiə Nazirliyinin Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilərin növbəti təxribat cəhdi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır: "Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyil. Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.
OXŞAR XƏBƏRLƏR