Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət etdi
SİYASƏT
13:01 13.03.2022
630
Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini əks etdirən video və fotolar yayılır.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, video və fotolar Vətən müharibəsi zamanı və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir.

"Hazırda Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir.

Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.

Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırırıq", - nazirlikdən bildirilib.
OXŞAR XƏBƏRLƏR