Müdafiə Nazirliyi təsdiqlədi - Şəhidimizin cəsədi qaytarılır

Müdafiə Nazirliyi təsdiqlədi -  Şəhidimizin cəsədi qaytarılır
SİYASƏT
12:29 16.04.2016
2949
Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçumuzun meyitinin döyüş meydanında tapılması ilə bağlı erməni tərəfinin yaydığı xəbəri təsdiq edib.
Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.
Xatırladaq ki, hərbçinin nəşi bu gecə təmas xəttində - döyüş meydanında tapılıb. Onun adı və ya hərbi rütbəsi barədə heç bir açıqlama verilməyib.
OXŞAR XƏBƏRLƏR