Tibbi təminat və təchizat, təminat və qan komponentləri ilə bağlı heç bir problem yoxdur.
AZXEBER.COM-un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Ad - 00:04
ƏTRAFLI
Project GLO
Onun sözlərinə görə bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar məqsədli və əsassızdır: "Cəbhə bölgəsində tibbi təminat və təchizat Müdafiə Nazirliyinin mərkəzi hospitalları tərəfindən təmin edilir. Heç nəyə ehtiyac yoxdur. Azərbaycan vətəndaşlarından xahiş olunur ki, yayılan təxribat xarakterli məlumatlara inanmasınlar".