Müdafiə Nazirliyindən Seyran Ohanyana sərt - CAVAB

Müdafiə Nazirliyindən Seyran Ohanyana sərt -  CAVAB
SİYASƏT
12:39 20.02.2014
1474
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycanın tarixi və ordusu haqqında söylədiyi təhqiramiz fikirlərə sərt cavab verib.
Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlı Trend-ə açıqlamasında bildirib: "Son günlərdə Ermənistan Respublikasının müdafiə naziri Seyran Ohanyanın qədim tarixə və ənənəyə malik Azərbaycan dövləti haqqında söylədiyi cəfəng fikirlərə münasibət olaraq qeyd edirik ki, eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin və tarixi ənənələrinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıb. 
Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaradıb".
V.Dəgahlı hesab edir ki, Ermənistanın müdafiə naziri qədim Azərbaycan dövləti və onun tarixi ənənələri barədə danışmaqdansa, erməni milləti və Ermənistan haqqında tarixi şəxsiyyətlərin - A.S.Puşkin, A.S.Qriboyedov, Musa Xorenatsi, gürcü yazıçı və mütəfəkkir İ.Çavçavadze, fransız səyyah qraf De-Şolye, rus diplomatlar Mayevski, Paskeviçin və digərlərinin fikirlərinə diqqət yetirməsi daha məsləhətdir.
Mətbuat xidmətinin rəhbəri buna misal olaraq A.S.Qriboyedovun Rusiya imperatoruna yazdığı məktubdan bir sitatı xatırladıb: "Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı hayların səpələndiyi coğrafi termin olub güclü dövlətlərin - assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqalların, rusların öz mübahisələrini həll etdikləri yer olmuşdur. Onlar ermənilərlə heç zaman dil tapa bilmədiklərini daim bildirmişlər. Ermənilərin hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir".
Ermənistan rəhbərliyinə ismarıc yollayan Müdafiə Nazirliyinin sözçüsü əlavə olaraq bəyan edib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını hər an azad etməyə və tarixi həqiqəti bərpa etməyə hazırdır: "Böyük Ermənistan" dövləti ideyası ilə yaşayan erməni hərbi-siyasi rejimi anlamalıdır ki, Azərbaycan hərbi, iqtisadi və siyasi imkanlarına, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarlara, o cümlədən Azərbaycan xalqının möhkəm iradəsinə və Silahlı Qüvvələrin gücünə güvənərək tarixi həqiqəti bərpa etməyə hər an hazırdır. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı cənab İlham Əliyevin "Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək" fikri dövlətimizin Dağlıq Qarabağ münaqişəsində mövqeyini birmənalı olaraq ortaya qoyur. Azərbaycanın bu istəyi tarixi ədalətə, beynəlxalq hüquq normalarına söykənir və Silahlı Qüvvələrimiz dövlət rəhbərliyinin ərazi bütövlüyümüzü bərpa etmək haqqında verəcəyi hər bir tapşırığı qısa müddətdə yerinə yetirməyə həmişə hazırdır".
Qeyd edək ki, bir neçə gün öncə Ermənistanın müdafiə naziri Seyran Ohanyan "Erkrap" könüllülər ittifaqının 10-cu yubiley qurultayında Azərbaycana, onun tarixi və ordusuna qarşı təhqiramiz ifadələr işlədib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək