Müdafiə Nazirliyinin bütün hərbi hissələrində “Açıq qapı” günü keçiriləcək

Müdafiə Nazirliyinin bütün hərbi hissələrində “Açıq qapı” günü keçiriləcək
SOSİAL
18:49 18.12.2017
975
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da saat 11.00-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə "Açıq qapı” günü keçiriləcək.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
 
Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq. Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək "Açıq qapı” günündə görüşlər təşkil ediləcək, qonaqları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər baş tutacaq. 
OXŞAR XƏBƏRLƏR