Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu tutduğu vəzifədən getdi

SİYASƏT
14:09 28.10.2013
1700

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Silahlı Qüvvələrdən tərxis olunması barədə raport yazıb.

APA-nın xəbərinə görə, Eldar Sabiroğlu raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib.

Eldar SabiroğluAPA-nın sualına cavab olaraq məlumatı təsdiqləyib və bunun normal hal olduğunu deyib: “Mən buna təbii baxıram. Təxminən yeddi ilə yaxın ordu həyatım mənim üçün bir məktəb oldu. Bu gün öz istəyimlə hörmətli müdafiə nazirinə raportla müraciət edərək Silahlı Qüvvələrdən tərxis olunmağım barədə sərəncam verməsini ondan xahiş etmişəm. Mən özümü Vətənim, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandanın, cənab İlham Əliyevin əsgəri hesab edir və bundan fəxr duyuram. Müdafiə Nazirliyinin fəaliyyətinə də uğurlar arzulayıram”.

OXŞAR XƏBƏRLƏR