Müdafiə Sənayesi Nazirliyində elektron sənəd dövriyyəsi sistemi yaradılır

Müdafiə Sənayesi Nazirliyində elektron sənəd dövriyyəsi sistemi yaradılır
Bütün Xəbərlər
09:20 16.04.2012
1238

Nazirlik ixrac nəzarətinə düşən mallar üzrə xüsusi icazənin verilməsini e-xidmətlərə daxil edib

Müdafiə Sənayesi Nazirliyi (MSN) ixrac nəzarətinə düşən mallar üzrə xüsusi icazənin verilməsini e-xidmətlərə daxil edib. Artıq həmin xidmət istifadədədir və maraqlı şəxslər bundan yararlana bilər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZXEBER.COM-a bildirmiblər ki, hazırda MSN-in daxilində elektron sənəd dövriyyəsi sisteminin yaradılması istiqamətində işlər gedir. Bununla bağlı lazımi təkliflər verilib. Qeyd edək ki, MSN-də onlayn müraciət forması var. İstənilən şəxs sorğu, təklif, şikayət və ərizələrini elektron qaydada göndərə bilər. Bütün bunlar interaktiv şəkildə qəbul olunur və müvafiq qaydada cavablandırılır.

OXŞAR XƏBƏRLƏR