Müdir fabrikində işləyən menecerini bu hala saldı - ANBAAN VİDEO

Müdir fabrikində işləyən menecerini bu hala saldı - ANBAAN VİDEO
DÜNYA
01:19 04.08.2022
1237
İstanbulda qida məhsulları istehsal edən şirkətin sahibi öz fabrikində çalışan qadın menecerin üzərinə yanğınsöndürən balonla təzyiqli su çiləyib.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, yaş döşəmədə sürüşüb maşına dəyən fabrik müdiri təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisə İstanbulun Arnavutköy qəsəbəsində qida məhsulları istehsal edən fabrikdə baş verib.

İddiaya görə, fabrik müdiri işləyən qida mühəndisi Tülay Arslan Torun iyulun 25-də müdiri Mehmet G. tərəfindən şifahi və fiziki zorakılığa məruz qalıb. Təmizliyi bəyənməyən şirkət sahibi qapılara təpik vuraraq onu təhqir edib, daha sonra yanğınsöndürən balonla menecer Arslanın üzərinə təzyiqli su çiləyib. Suyun təsirindən yerə yıxılan mühəndis Arslanın başı dəzgahın üzərinə dəyib.

Komanda yoldaşlarının xəbəri üzərinə hadisə yerinə gələn təcili yardım fabrik müdirini xəstəxanaya aparıb.

Sözügedən hadisənin görüntüləri təhlükəsilik kameraları tərəfindən qeydə alınıb.
 

Patrondan, fabrikasında çalışan kadın müdüre şiddet
OXŞAR XƏBƏRLƏR