Müdirini zəhərləyib 423 min dollarını mənimsəyən qadının məhkəməsində şok AÇIQLAMALAR

Müdirini zəhərləyib 423 min dollarını mənimsəyən qadının məhkəməsində şok AÇIQLAMALAR
SOSİAL
13:07 01.11.2022
209
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdirinin 423 min dollarını talayıb, izi itirmək üçün cinayət ortaqları ilə əlbir olan və onu zəhərlə öldürmək istəyən Nelli Fabriçnayanın məhkəmə prosesi davam etdirilib.

Budəfəki prosesdə zərərçəkmiş Qarabağ qazisi Əfqan Zeynalovun bacısı Hökümə Zeynalova şahid qismində ifadə verib. Şahidin söylədikləri prosesdə iştirak edənləri şoka salıb. Bunu görən təqsirləndirilən şəxsin vəkili prosesi pozmaq üçün şahidə cinayət işi ilə heç bir əlaqəsi olmayan çaşdırıcı suallar vermək istəsə də, hakimin sərt xəbərdarlığından sonra susmağa məcbur olub.

Hökümə Zeynalova ifadəsində Nelli Fabriçnayanın qardaşı Əfqan Zeynalovu necə zəhərləməsi barədə ətraflı məlumat verib:

"Nelli deyirdi ki, Əfqanı öldürməyi məni məcbur edirlər, yoxsa məni öldürəcəklər. Ya da Əfqanın 2-ci sinif şagirdi olan nəvəsini oğurlayıb 1 milyon pul tələb edəcəklər.

Mən Nellinin bu sözündən sonra qardaşım oğlunun nəvəsini məktəbdən çıxarıb rayona yola saldım. Nelli gəldi evə, ağladı ki, şikayət etməyin, 1 aya pulunuz qayıdacaq, sonra da məndən bütün bu cinayətləri məcburiyyətdən etdiyinə görə ağlayıb üzr istədi. Onun bu etirafları zəng və "WhatsApp” yazısı ilə telefonumda var.

Mənim qardaşlarımın, 2 əmim oğlunun, qardaşım uşaqlarının illərlə min bir zəhmətlə yığdığı pullar... Əfqan buldozer almalı idi...

Əfqan və qardaşlarım zülmlə çöllərdə gecə-gündüz demədən işləyib bir nəsli saxlayırlar. Amma bu cani qardaşımı öldürməklə həmin pulu oğurlayıb, izi də itirmək istəyirdi. Əfqanın zəhərlənib ölüm döşəyində yatdığı günlərdə hər gün bizə gəlirdi və dəfələrlə yanımda gizlincə xalasına zəng edirdi ki, nə edim, bədən o qədər güclüdür ki, nə qədər dərman verirəm Maştağalıq olmur ki, olmur (yəni dəli olmur) .

Əfqan zəhərin təsirindən günlərlə anlaqsız vəziyyətdə qalmışdı...”

Hökümə Zeynalova ağlayaraq bildirib ki, məcbur qalıb Nelliyə yalvarıbmış ki, qardaşımı öldürmə, nə qədər istəsən, pul verəcəyik. Vəziyyətin qəlizləşdiyini görən Hökümə xanım Əfqanın böyük qardaşı Mamedə zəng edib rayondan təcili gəlməsini deyib. Əfqanın böyük qardaşı gələndən sonra Nelli qorxusundan qaçıb gizlənib, israrlı zənglərə cavabında hər dəfə bir bəhanə uydurub. Əfqanı xəstəxanaya apardıqdan bir müddət sonra onun qanındakı zəhər yuyulub və uzun sürən müalicə-bərpa prosesindən sonra onu ölümün pəncəsindən almaq mümkün olub. 

Məhkəmə prosesi noyabrın 14-də saat 11-də davam etdiriləcək. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
22:13 14.03.2026
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
21:59 14.03.2026
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
Azərbaycan güləşçisi Serbiyada Avropa çempionatında gümüş medal qazandı
21:47 14.03.2026
Azərbaycan güləşçisi Serbiyada Avropa çempionatında gümüş medal qazandı