Müəllim şagirdinin üzünü cırdı? - VİDEO

Müəllim şagirdinin üzünü cırdı? -  VİDEO
SOSİAL
12:23 01.06.2016
8558
Bir neçə gündür sosial şəkəkələrdə Naxçıvan şəhər 15 nömrəli məktəbdə təhsil alan 3-cü sinif şagirdinin döyüldüyü iddiası ilə foto yayılır. Valideynlər iddia edirlər ki, şagird Cahangir Hacıyevi ibtidai sinif müəlliməsi Ruhiyyə Əliyeva vurub.
"Mən müəllimimi çox istəyirəm, məni o vurmayıb"
Məsələ ilə bağlı anspress "döyülmədə" adı hallanan müəllimə, eləcə də "döyülən" şagirdlə danışıb. Ruhiyyə müəllimə 17 illik iş təcrübəsində heç vaxt bir şagirdə belə əl qaldırmadığını bildirdi:
"Mən Cahangiri çox istəyirəm. O, mənim əlaçı şagirdimdir. Onu necə vura bilərəm? Sadəcə uşaq çox hiperaktivdir, bir yedə dayanmır. Həmin gün də şkaflardan birinin şüşəsi sınmışdı, Cahangir də qaçanda yıxıldı və şüşə uşağın üzünü çızdı. Özüm də çox qorxdum. Onu tez tibb otağına apardım, həkimlər yaralarını dərmanladılar".
Müəllim ilə danışdığımız vaxt şagirdin indi də həmin sinifdə oxuyub-oxumadığını xəbər aldıq. Məlum oldu ki, şagird həmin sinifdən çıxarılmayıb. Valideynlər isə hadisədən xəbər tutan kimi əsəbi olduqları üçün əvvəlcə müəllimə uşaqlarının onun tərəfindən döyüldüyünü desələr də, sonradan uşaq özü də yıxıldığını etiraf edib. Bundan sonra valideynlər müəllimdən üzür istəyiblər.
Balaca Cahangir bizə də müəllimi tərəfindən döyülmədiyini və qaçaraq şüşə üzərinə yıxıldığını bildirdi:
"Məni müəllimim döyməyib. Mən onu çox istəyirəm. O, heç kimin üstünə qışqırmır, vurmur. Anamgili bilməyiblər mən yıxılmışam, ona görə elə deyiblər", - deyə şagird etiraf etdi.
Bu ilin yanvar ayında da sosial şəbəkədə azyaşlı şagirdin döyülməsi ilə bağlı video yayılmışdı. Həmin döyülmə faktı Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınmışdı.
Məktəbdə ibtidai sinif müəllimi dərs başa saldığı qız şagirdin başına zərbə endirir. Daha sonra onu təhqir edərək yerinə oturmasını deyir. Müəllimə heç bir cavab verməyən balaca qız sakitcə parta arxasına keçir. Həmin hadisəni kənardan şagirdlərdən biri videoya çəkib.
Məsələni Təhsil Nazirliyi də araşdırıb, məktəbin direktoruna xəbərdarlıq olunub, müəllim isə töhmət alıb. Həmin videonu sizə təqdim edirik:
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
23:51 24.09.2025
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
23:38 24.09.2025
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
23:24 24.09.2025
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
23:16 24.09.2025
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
23:12 24.09.2025
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
22:57 24.09.2025
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
22:47 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
22:26 24.09.2025
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
22:20 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
22:13 24.09.2025
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
22:05 24.09.2025
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
Ordubadın 25 kəndi işıqsız qalacaq
21:55 24.09.2025
Ordubadın 25 kəndi işıqsız qalacaq
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
21:32 24.09.2025
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
21:19 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb