Müəllimə şagirdini seksə məcbur etdi - FOTO

DÜNYA
11:30 07.05.2013
11426

Daha bir müəllim seksual təcavüzə görə həbs olunub.

AZXEBER.COM-un ABŞ KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Amerika Birləşmiş Ştatlarının qərbindəki Nyu-Meksiko ştatının paytaxtında baş verib.Santa Fe şəhərinin “Pojoague Valley” liseyində dərs deyən 31 yaşlı müəllimə Cennifer Vigil dərs bitəndən sonra sinifdə saxladığı oğlan şagirdinə seksual zorakılıq hərəkətləri etdiyinə görə həbs olunub.Yerli medianın verdiyi məlumata əsasən, adıçəkilən liseydə 8 ildir müəllimlik edən qadın yetkinlik yaşına çatmayan oğlan şagirdinə dərsin bitməsinə az qalmış belə deyib: “Mən səndən istədiyimi almadan sinifdən çıxa bilməyəcəksən”. Daha sonra müəllimə sinif otağının qapısını kilidləyib.Polisə ifadə verən Cennifer Vigil seks əlaqəsi təklifini şagirdinin etdiyini desə də, oğlan seksual əlaqə əsnasında cib telefonu ilə çəkdiyi fotoşəkilləri polisə dəlil-sübut kimi təqdim edib.“Məni sinifdə qalmağa vadar etdi, qapını kilidlədi, onun istəklərinə tabe olmaqdan başqa çarəm yox idi” – şagird açıqlamasında bildirib.Girov müqabilində zaminə buraxılma istəyi rədd edilən müəllimə indi məhkəməyə çıxarılacağı günü Santa Fe şəhəri Rayon Həbsxanasında gözləməyə məcbur olacaq.

OXŞAR XƏBƏRLƏR