Müəllimə seks üçün şagirdini hamiləliklə hədələyib.
Publika.Az məlumat verir ki, İngiltərədə 16 yaşlı oğlan şagirdi ilə cinsi əlaqəyə girən müəllimə ilə bağlı söz-söhbət səngimək bilmir.
Belə ki, Rosenna Lanqli adlı 24 yaşlı müəllimə telefonla şagirdinə öz çılpaq şəkillərini və erotik məzmunlu mesajlar yolladığı məlum olub.
Adı gizli saxlanılan şagirdi ilə 6 həftə birlikdə yaşayan qadın daha sonra "hamiləyəm" deyə yalan söyləyib.
Şagirdinin adını bədəninə döymə etdirən Lanqlinin daha sonra 'uşağı düşürdüm' deyərək əlaqəni davam etdirmək üçün ona təzyiq etməyə başlayıb. Daha sonra gənc qadın şagirdini və bir neçə yoldaşını evə film seyr etməyə çağırıb. Bundan sonra onların münasibəti cəmiyyətə bəlli olub.
Qeyd edək ki, işindən qovulan Lanqli 10 il müddətində uşaqlarla çalışa bilməyəcək.