Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”

Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”
SOSİAL
22:09 25.02.2020
3103
"Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq”. 

AZXEBER.COM xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi ötən gecə bulvarda intihar edən 22 yaşlı Nəzakət Rzazadə barəsində şəxsi "Facebook” hesabında yazıb. 

Azərbaycan Tibb Universitetinin tələbəsi mərhumla bağlı üç il əvvəlki xatirəsini bölüşüb: 

"2017-ci ildə Dövlət İmtahan Mərkəzi Yaz və Yay qəbul imtahan modelinə keçmişdi. Həmin vaxt Nəzakət Yaz qəbul imtahanında iştirak etdi. Və 637 bal topladı. Həmin ərəfədə Azərbaycan Tibb Universiteti Müalicə işi ixtisası üzrə dövlət sifarişinə keçid balı 635 idi. Nəzakət sevinirdi ki, ödənişsizə düşəcək. Ona görə də imtahandan bir-iki gün sonra rayona - Sabirabada getdi. Amma mən bilirdim ki, yay imtahanında abituriyentlərin böyük əksəriyyəti ballarını qaldıracaqlar. Ona görə də getməmişdən əvvəl hazırlığını davam etdirməsini məsləhət gördüm. Dedi ki, bəsimdi. Qəbul olaram bu balla. Dedim, qızım ödənişliyə düşəcəksən. Özün də rayon uşağısan. İldə 4000 AZN ödənişi çatdırıb vermək var. Gəl əziyyətdən keçib, ay yarım da hazırlaş və balını artır. Ödənişsizə düş və atangilə də dəstək ol. Atasıgil rayonda olurdular. Burada dayısıgildə qalırdı. Bizim bu danışıqlarımızdan nəticə çıxarmadı və dedi ki, rayona gedirəm. O zaman təklif etdim ki, hazırlıq üzrə təhsil haqqını qarşılayacağıq. Əgər buna görə narahatsansa, getmə. Qüruruna sığışdırmadı. Dedi gedirəm və getdi. 

Bir həftə sonra yay imtahanına qeydiyyatdan keçənlərin sayına baxdım və bildim ki, bu qızın xəyalları suya düşəcək. Pulsuza qəbul ola bilməyəcək. Telefonu götürüb atasına - Muğdət bəyə zəng etdim. Dedim övladınızı göndərin gəlsin, hazırlaşsın. Mən əlimdən gələni edəcəm ki, o, artıq bal toplasın. Atası ilə razılaşdıq. Nəzakət geri qayıtdı. Mən işə gələndə mənlə gəldi, mən gedəndə mənlə birgə çıxdı. Bütün imtahan vaxtına qədər hər gün mənim otağımın arxasında olan otaqda hazırlaşdı. Bütün günü oxudu. Və imtahan ərəfəsi gəldi. Xeyir-dua verib, imtahana yola saldıq. Nəticələr elan olundu. Balı 663, ya 667 idi. Dəqiq xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, həmin il Müalicə işi üzrə keçid balı 661 bal oldu. Və Nəzakət öz fikri ilə qalsaydı, ödənişliyə düşəcəkdi. Amma 663 balla ödənişsiz ixtisası qazandı. Həmin il biz 650 balı keçən hər bir abituriyentə 1000 AZN mükafat verirdik. Həmin mükafatı Nəzakət Rzazadə də qazandı. Mən onu indi də örnək kimi abituriyentlərə misal göstərirdim. Nümunə idi mənim üçün ki, rayon uşağı, atadan-anadan uzaq bu nəticəni qazandı. 

Amma indi çox pisəm. Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq. 

Az öncə atası ilə danışdım. Atası deyir dünən gecə saat 11-dən sonra zəng etdi xeyli danışdıq. Bizdən sonra sevgili olduqları oğlanla danışıb və ondan sonra da özünü atıb. Atasının dediyinə görə axtarış fayda vermədiyi üçün dayandırıblar. Və onlar rayona gedirlər. Sabah axtarış yenidən davam edəcək. Ümidimi üzmürəm. Ona görə də Allah rəhmət etsin sözünü yazmağıma rəğmən deyə bilmirəm”. 

Xatırladaq ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan Balahüseyn Məmmədov Zöhrab oğlu və Nəzakət Rzazadə Müğdət qızı bir-birlərini seviblər. Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb. İlk olaraq Nəzakət Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən Nəzakətin meyitinin axtarışı mümkün olmayıb, B. Məmmədov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
15:09 02.07.2025
Filippində yanğın: Minlərlə insan evsiz qaldı