Türkiyənin Bolu vilayətində müəllimlərin şübhəsi zorlama faktını ortaya çıxarıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, 14 yaşlı şagird S.K. 2 ildir onu məktəbdən götürən qonşunun təcavüzünə məruz qaldığını deyib.
Bolunun Dereceören kəndində yaşayan şagird S.K.-nı məktəbin çıxışında orta yaşlı bir adamın götürüb aparmağından şübhələnən müəllimlər vəziyyəti qızın ailəsinə xəbər veriblər.
Ailəsi hər gün məktəbdən kim tərəfindən götürüldüyünü soruşduğunda S.K. qonşusu C.B. -nın adını verib. S.K. ailəsinə 2 ildir qonşuları olan 1 uşaq atası C.B. tərəfindən zorlandığını etiraf edib.
Ailə dərhal olayla bağlı polisə xəbər verib.
S.K.-nı zorlamaqda iddia edilən qonşusu C.B. (40) həbs olunub.