Müəllimlərə bayramqabağı şad xəbər: Maaşları hesablarına yatırılacaq

Müəllimlərə bayramqabağı şad xəbər: Maaşları hesablarına yatırılacaq
SOSİAL
16:59 19.03.2019
4696
Bu gün ölkəmizdə ilaxır çərşənbə qeyd edilir. Qarşıdan isə Novruz bayramı gəlir. Bu münasibətlə demək olar ki, ölkədə bütün sosial ödənişlər, pensiyalar vətəndaşların hesabına köçürülüb.

AZXEBER.COM bizimyol.info-a istinadən xəbər verir ki, yaxın saatlarda bütün müəllimlərin maaşları hesablarına keçiriləcək.

Saytımız bir çox orta məktəblərin mühasibatlığı ilə əlaqə saxlayıb. Məlumat verilib ki, yaxın saatlarda bütün orta məktəb müəllimlərinin maaşları hesablarına köçürüləcək.
OXŞAR XƏBƏRLƏR