Müəllimlərə "hinduşkabaş" deyən direktorla bağlı -RƏSMİ AÇIQLAMA

Müəllimlərə "hinduşkabaş" deyən direktorla bağlı -RƏSMİ AÇIQLAMA
SOSİAL
12:42 06.03.2025
1048
Xəbər verdiyimiz kimi, Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər.
 
"Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə "dərs dilənçiləri”, "hinduşkabaş” deyir”.

İddialara görə direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən AZXEBER.COM-a verilən açıqlamaya görə məsələ ilə bağlı araşdırmalar davam etdirilir:
 
"Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.

Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".


OXŞAR XƏBƏRLƏR