Müəllimləri narazı salan hədiyyələrlə bağlı AHİK-dən CAVAB - VİDEO

Müəllimləri narazı salan hədiyyələrlə bağlı AHİK-dən CAVAB - VİDEO
SOSİAL
16:14 22.12.2025
1458
Xəbər verdiyimiz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) müəllimlərə təqdim etdiyi Yeni İl hədiyyəsi geniş müzakirələrə və ciddi etirazlara səbəb olmuşdu.

Paylaşımlarda hədiyyənin məzmunu və dəyəri ilə bağlı narazılıqlar səsləndirilirdi.

AHİK-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, Yeni İl hədiyyələri ilə bağlı yayılan iddialar reallığı əks etdirmir:

"Son günlər mətbuatda və sosial şəbəkələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyəti ilə bağlı yayılan bəzi məlumat və şərhlərdə Yeni İl münasibətilə təqdim olunan bayram hədiyyələrinin mahiyyəti məqsədli şəkildə yanlış kontekstdə təqdim olunur. Yeni İl bayramı ərəfəsində həmkarlar ittifaqları tərəfindən üzvlərə və onların ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlara bayram hədiyyələrinin verilməsi uzun illərdir mövcud olan sosial xarakterli ənənədir və bu təşəbbüs cari ildə də davam etdirilir. Bu təşəbbüslərin fərqli və təhrif olunmuş formada təqdim edilməsi isə məsələnin mahiyyətinə kölgə salmağa yönəlib”.

Qurumdan bildirilib ki, bu cür fikirlər ictimai rəyin yanlış formalaşmasına səbəb olur:

"AHİK-in həyata keçirdiyi sosial təşəbbüslərin təhrifedici və qərəzli təqdimatı ictimai rəyin yanlış formalaşmasına səbəb olur. AHİK daim həyata keçirdiyi sosial proqramlar barədə ictimaiyyətə rəsmi kanallar vasitəsilə dolğun məlumat verir. İctimaiyyəti və media nümayəndələrini məsələlərə obyektiv yanaşmağa, sosial təşəbbüsləri təhrif olunmuş təqdimat predmetinə çevirməməyə çağırırıq”.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Yeni İl münasibətilə müəllimlərə göndərdiyi hədiyyələr etirazla qarşılanmışdı. Sosial şəbəkələrdə yayılan görüntülərdə hədiyyə paketinin tərkibi diqqət çəkib. Belə ki, paketin içindən "Ozmo”, çöplü şirə və digər bu kimi məhsullar çıxıb. Bu isə hədiyyələrin Yeni İl şənliklərində uşaqlar üçün nəzərdə tutulan paketlər olduğunu göstərir.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, AHİK bu hədiyyə paketlərinin hazırlanmasını daxili satınalma yolu ilə həyata keçirir və artıq bir neçə ildir ki, eyni şirkətə sifariş verir. Bundan başqa, digər təşkilatlara da məhz həmin şirkətlərdən hədiyyə paketləri və bayram şənlikləri üçün biletlər almaları tövsiyə olunur.

Bu məsələ ilə bağlı redaksiyamız daha geniş və təfərrüatlı araşdırmanı yaxın günlərdə oxuculara təqdim edəcək.

Şahanə Ziyad
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - hərəkət məhdudlaşdırıldı
16:52 05.04.2026
Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - hərəkət məhdudlaşdırıldı
Netanyahu Trampı təbrik edib: Bütün İsrail sevinir…
16:45 05.04.2026
Netanyahu Trampı təbrik edib: Bütün İsrail sevinir…
Maştağada xətt bərpa edildi
16:20 05.04.2026
Maştağada xətt bərpa edildi
Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir
16:12 05.04.2026
Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir
Şəmkirdə qətldə şübhəli bilinən yetkinlik yaşına çatmamış şəxs tutulub
15:51 05.04.2026
Şəmkirdə qətldə şübhəli bilinən yetkinlik yaşına çatmamış şəxs tutulub
Bu ərazilərdə mənzillər kəskin bahalaşacaq
15:39 05.04.2026
Bu ərazilərdə mənzillər kəskin bahalaşacaq
FHN: Yağışla əlaqədar tədbirlər davam etdirilir, Keşlədə 58 nəfər təxliyə edilib
15:35 05.04.2026
FHN: Yağışla əlaqədar tədbirlər davam etdirilir, Keşlədə 58 nəfər təxliyə edilib
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb
15:19 05.04.2026
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb
Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır
15:16 05.04.2026
Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır
Buraxılış imtahanı keçirildi - 4 şagirddə telefon aşkarlandı
15:08 05.04.2026
Buraxılış imtahanı keçirildi - 4 şagirddə telefon aşkarlandı
Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında - Fotolar+Video
14:56 05.04.2026
Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında - Fotolar+Video
Kremlin sözçüsü: Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib
14:37 05.04.2026
Kremlin sözçüsü: Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib
14:27 05.04.2026
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib
Keşlədə həyətlərin su altında qalmasının səbəbi məlum oldu
14:25 05.04.2026
Keşlədə həyətlərin su altında qalmasının səbəbi məlum oldu
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
14:19 05.04.2026
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb - VİDEO
13:54 05.04.2026
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb - VİDEO