Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
SOSİAL
14:59 01.04.2024
166
Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 2-8 aprel tarixlərində keçiriləcək.

Bu barədə AZXEBER.COM-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR