“Müəllimlərin orta aylıq maaşı 1030 manatdır”

“Müəllimlərin orta aylıq maaşı 1030 manatdır”
SOSİAL
12:28 13.11.2026
63
"Müəllimlərin əməkhaqqısı ən çox müzakirə olunan məsələlərdəndir”.

Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə, müəllimlərimizin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir”, - deyə nazir müavini qeyd edib.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR