Müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri elan edildi

Müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri elan edildi
SOSİAL
16:33 01.08.2023
167
2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5 619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
OXŞAR XƏBƏRLƏR