Müğənni Abbas ‘Space’dən imtina etdi: ‘Daha ora çıxmayacam’

Müğənni Abbas ‘Space’dən imtina etdi: ‘Daha ora çıxmayacam’
MAQAZİN
12:45 18.04.2016
1360

Əməkdar artist Abbas Bağırovla "Space" telekanalı arasında qalmaqal yaşanıb.

Müğənni bu gün dəvət olunduğu "Hər səhər" verilişinə gecikib. Bu səbəbdən ifaçının telekanala buraxılmasına icazə verilməyib.

A.Bağırov məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini bildirib:

"Bu gün saat 09:30-da canlı yayımda olmalı idim. Düz 5 dəqiqə gecikdim. "Space" telekanalının qeyri-peşəkar işçisi "Siz gecikmisiniz, mənə tapşırılıb ki, sizi buraxmayım" dedi. Bunu mənə Space TV-nin girişində qapıda dayanan insan dedi. Lap yaxşı. Bundan sonra mən Space TV-yə çıxmayacam. Onu da deyim ki, mən bu günə kimi heç bir televiziya verilişinə gecikməmişəm. Canlı yayım olmasa belə".

OXŞAR XƏBƏRLƏR