Müğənni bahalı avtomobilinə “OO” seriyalı nömrə aldı – FOTO

Müğənni bahalı avtomobilinə “OO” seriyalı nömrə aldı – FOTO
MAQAZİN
12:45 13.01.2017
5580

 

"Vergimi vaxtında ödəyib, qaydasında işləyirəm. Ona görə də biznesim qaydasında gedir. Şükür ki, dövlət gənclərə hər bir şərait yaradır. Mənə də yaradılan şəraitdən istifadə edib, biznes qurmuşam”.

Bu sözləri müğənni Rüfət Axundov restoran biznesindən danışarkən deyib. 

Avtomobil həvəskarı olan R.Axundov avtomobillərini tez-tez dəyişdirməsini bununla əlaqələndirib:

"Azərbaycanlılar avtomobil həvəskarı olurlar. Mən də avtomobilləri sevirəm. Tez-tez onları dəyişirəm ki, bununla bağlı ürəyimdə qalan arzum olmasın. Hələ də arzulayıb, amma ala bilmədiyim avtomobil var. İnşallah, qazanıb onları da alacağam”.

İfaçının avtomobilinin yeni "OO” seriyalı nömrəsi də diqqət çəkib.

/// axsam.az

 

 
 
 
 
OXŞAR XƏBƏRLƏR